Lokomotiv zirvədə

🕔2014-12-14 09:21:33

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında VIII turun oyunlarına start verilib. Tur çərçivəsində "Lokomotiv" "Telekom"un qonağı olub. Eldar Yusubovun yetirmələri ilk dövrədə olduğu kimi bu dəfədə "dəmiryolçular" qarşısında aciz qalıb. Oyun Teunis Buijisin yetirmələrinin 3:0-lıq qalibiyyəti ilə başa catıb.

İlk setin əvvəlində zəif təsir bağışlayan komandamız 4-8 hesabı ilə geridə olsada setin sonunda sevinən tərəf oldu. (25-19)

İkinci setin əvvəlindən boyük üstünlük yaxalayan "dəmiryolçular" setin sonuna kimi bu üstünlüyü əldən vermədilər.(25-15)

Üçüncü setdə də ssenari dəyişmədi.Belə ki, setin əvvəlindən qarşısıalınmaz olan komandamız Eldar Yusubovun götürdüyü taym-autlara və əvəzetmələrə baxmayaraq yenə sonda sevinən tərəf oldu. (25-22)

Bu qələbə sayəsində "Lokomotiv" yenidən turnir cədvəlinin zirvəsində qərar tutub.

14 dekabr

VIII tur

“Telekom” – “Lokomotiv” - 0:3 (19:25, 15:25, 22:25)

Gənclik Olimpiya Kompleksi

İlk oyun: “Lokomotiv” – “Telekom” - 3:1 (25:20; 21:25; 25:18; 25:19)

Xəbərlər Paylaş