Lokomotiv türk klublarına qarşı

🕔2014-12-30 04:36:21

Voleybol üzrə ölkə çempionatında yaranmış fasilədən istifadə edən "Lokomotiv" yanvar ayının 4-də Türkiyəyə təlim-məşq toplanışına yola düşür. Komandanın mətbuat xidmətinin məlumatına görə, toplanış çərçivəsində "dəmiryolçular" Türkiyənin  adlı-sanlı klublarından "Fənərbahça" , "Beşiktaş" və "Qalatasaray"la yoldaşlıq gorüşündə öz qüvvəsini sınayacaq.

"Fənərbahça" ilə yanvarın 5-i , "Beşiktaş"la ayın 6-ı və nəhayət "Qalatasaray"la yanvarın 7-i qarşılaşacaq komandamız ayın 8-də toplanışı başa vuraraq vətənə dönəcəklər.

Xəbərlər Paylaş