Lokomotiv üçün latviyalı

🕔2015-01-06 06:22:40

Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin ilk görüşlərini idarə edəcək hakimlər dəqiqləşib. Avropa Voleybol Konfederasiyası Bakıda keçiriləcək “Lokomotiv” (Azərbaycan) – “Dinamo” (Rusiya) matçını latviyalı Kelle Arnisə həvalə edib.

 

Qarşılaşmada ikinci hakim funksiyasını Vyeçeslav Prozorov (Moldova) yerinə yetirəcək.

 

Qeyd edək ki, Voleybol Mərkəzində keçiriləcək oyun yanvarın 14-də saat 18:00-da start götürəcək.

Xəbərlər Paylaş