Lokomotivdən quru hesablı qələbə

🕔2015-01-07 06:22:45

Türkiyə hazırlığını son günündə "Lokomotiv" son hazırlıq matçını keçirib. Rəqib CEV kubokunda mübarizə aparan İstanbulun "Qalatasaray" klubu olub. Komandanın mətbuat xidmətinin məlumatına görə, oyun təmsilçimizin 3:0-lıq qələbəsiylə yekunlaşıb.

İlk setə inamlı başlayan komandamız debutdə hesab arasındakı xal fərqini artıraraq sonda seti fərqli hesabla başa vurdu. (25-11)

İkinci setdə də Türkiyə təmsilçisi Teunis Buijisin yetirmələrinin güclü oyunu sayəsində seti başıaşağı tərk etdilər. (25-22)

Üçüncü setdə o biri setlərdən fərqlənmədi. Belə ki, setin əvvəlindən üstünlüyə yiyələnən "dəmiryolçular" sonda sevinən tərəf oldular. (26-24)

Beləliklə İstanbul toplanışını başa vuran "Lokomotiv" artıq sabah vətənə dönərək yanvarın 10-da Superliqanın lX turundan təxirə salınmış "Rabitə" ilə oyunun hazırlıqlarını sürdürəcək.

Xəbərlər Paylaş