Liderlik savaşı

🕔2015-01-09 00:49:08

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IX turundan təxirə salınmış "Rabitə" - "Lokomotiv" matçı keçiriləcək. Gərgin keçəcək oyunun favoriti bu il öz yeni transferləriylə Superliqada və Avrokuboklarda uğurla çıxış edən "dəmiryolçular"sayılır. Son illərin dəyişməz ölkə çempionu bu il çox zəif təsir bağışlayır və son turda "Azəryol"a məğlub olaraq turnir cədvəlinin üçüncü pilləsinə geriləyib.
Bu matç Teunis Buijisin yetirmələri üçün liderliyə yuksəlmək şansı və ayın 14-də CEV kubokunun "Dinamo" Krasnodarla Bakida keçiriləcək 1/4 final mərhələsinin ilk oyunu üçün əlavə stimul olacaq.
Xatırladaq ki, oyun "Sərhədçi" Olimpiya Mərkəzində baş tutacaq və İdman Azərbaycan telekanalı vasitəsiylə canlı yayımlanacaq.
 

10 yanvar

lX tur

16:30. “Rabitə” – “Lokomotiv”

"Sərhədçi" Olimpiya Kompleksi

İlk oyun: “Lokomotiv” – “Rabitə” - 3:2 (25:22; 18:25; 25:23; 21:25; 15:13)

Xəbərlər Paylaş