Lokomotiv üçün həlledici qarşılaşma

🕔2015-01-13 03:27:25

Sabah qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin ilk matçları çərçivəsində "Lokomotiv"  Rusiyanın "Dinamo" Krasnodar klubunu qəbul edəcək. Mütəxəssislərin fikirincə bu oyunu CEV kubokunun erkən finalıda adlandırmaq olar.
"Dəmiryolçuların" bu mərhələdəki rəqibi olan "Dinamo" Krasnodar hal-hazırda Rusiya çempionatnın lideri və Rusiya Kubokunun son qalibidir. Rəqibin heyətində Tatyana Koşelyova və braziliyalı Fernanda Qaray kimi dünya ulduzları cıxış edir.
"Lokomotiv"ə gəlincə komanda ruslarla oyuna tam hazırdı və "Dinamo" səddini keçəcəklərinə əminlik var. Teunis Buijisin komandasında heç bir zədəli oyunçu yoxdu və çox güman ki, zədədən yeni qayıtmış komandanın kapitanı Valeriya Rosso da bu oyunda öz komanda yoldaşlarını yalnız buraxmayacaq.
Xatırladaq ki, oyun sabah saat 18:00-da Dərnəgüldə yerləşən Voleybol Mərkəzində baş tutacaq və İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq.
 

14 yanvar

CEV kuboku

1/4 final, ilk oyun

18:00. "Lokomotiv” (Azərbaycan) – “Dinamo” (Rusiya)

Hakimlər: Kelle Arnis (Latviya), Vyeçeslav Prozorov (Moldova)

Bakı. Voleybol Mərkəzi

Xəbərlər Paylaş