Növbəti mərhələnin bir addımlığında

🕔2015-01-19 02:41:01

Sabah qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab matçları çərçivəsində "Lokomotiv" Krasnodarın "Dinamo" klubu ilə üz-üzə gələcək. Bakıda keçirilən ilk oyunda "dəmiryolçular" möhtəşəm qələbə qazanmışdı.“Lokomotiv” Krasnodarda ən azından iki setdə qələbə qazanmaqla, “Çelenc raund”a adlamağı təmin edir.
 

Heyətində heç bir zədəli oyunçusu olmayan komandamız tam heyətlə Krasnodara yola düşüb. Komandamızın növbəti mərhələ şansı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Komandamız üçün əhəmiyyətli olan bu qarşılaşmada dəstək olmaq üçün Krasnodara həm də 50 nəfərlik heyətlə möhtəşəm fan- klubumuz da təşrif buyurub.


Xatırladaq ki, cavab qarşılaşmasının əsas hakimi Serbiyalı Ancelko Popoviç, yardımçı hakim isə Belarusiyalı Sergey Vaytişkoviçdir.


Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:30-da Krasnodar Olimpiya Mərkəzində start götürəcək.

20 yanvar

CEV kuboku

1/4 final, cavab oyun

20-30. "Dinamo” (Rusiya) – “Lokomotiv” (Azərbaycan)

Hakimlər: Anceliko Popoviç (Serbiya), Sergey Vaytişkoviç (Belarus)

Krasnodar. Olimpiya Mərkəzi

İlk oyun: "Lokomotiv" (Azərbaycan) - "Dinamo" (Rusiya) - 3:0 (25-22; 25-18; 25-22)

Xəbərlər Paylaş