Lokomotiv avrokubokla vidalaşdı

🕔2015-01-20 15:51:15

Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab matçları start götürüb. Azərbaycanı təmsil edən “Lokomotiv”  ikinci görüşünə çıxıb.

 

Teunis Buijsin yetirmələri səfərdə Krasnodar “Dinamo”sunun qonağı olub. İlk oyunda Bakıda rəqibini darmadağın edən (3:0) “dəmiryolçular” yenə meydana qələbə əzmi ilə  çıxmışdı. Lakin Rusiya klubu hər üç setdə təmsilçilərimizi məğlub edib. Görüşün taleyinə isə “Qızıl set”də aydınlıq gəlib. Burada isə “Dinamo” qələbə qazanmağı bacarıb – 15:13.

 

Beləliklə, krasnodarlılara uduzan “Lokomotiv” mübarizəni dayandırıb.

 

Qeyd edək ki, Bakıda, Voleybol Mərkəzində baş tutan görüşdə “dəmiryolçular 3:0 (25:22; 25:18; 25:22) hesabı ilə qalib gəlmişdilər.

20 yanvar

CEV kuboku

1/4 final, cavab oyunu

"Dinamo” (Rusiya) – “Lokomotiv” (Azərbaycan) – 3:0 (25:14; 25:19; 25:17)

"QIZIL SET": - 15:13

Hakimlər: Ancelko Popoviç (Serbiya), Sergey Vaytişkoviç (Belarus)

Krasnodar, Olimpiya Sarayı

İlk oyun: "Lokomotiv" - "Dinamo" - 3:0 (25:22; 25:18; 25:22)

Xəbərlər Paylaş