Lokomotiv ikinci pilləyə yüksəldi

🕔2015-01-31 17:00:00

Bu gün qadın voleybolçular arasında XII turun oyunu keçirilib. Günün və yeganə görüşündə “Azərreyl”lə “Lokomotiv” üz-üzə gəlib.

 

Voleybol Mərkəzində baş tutan qarşılaşmada Teun Buijsin yetirmələri rəqibini məğlub etməkdə çətinlik çəkməyiblər. “Lokomotiv” ilk 2 dövrədə olduğu kimi yenə asan qələbəyə sevinib.

 

Belə ki, ilk seti 17 top irəlidə bitirən “dəmiryolçular” ikinci hissəni 25:17 hesabı ilə aktivinə yazıblar. Üçüncü set isə sonuncu olub. Bu dəfə “Azərreyl”i 5 top fərqi ilə məğlub edən “Lokomotiv” növbəti 3 xalını qazanıb.

 

Bu qələbə Teun Buijsin komandasının ikinci pilləyə yüksəlməsi ilə nəticələnib. “Lokomotiv” xallarının sayını 20-yə çatdırıb.  

 

31 yanvar

XII tur

“Azərreyl” - “Lokomotiv” - 0:3 (8:25; 17:25; 20:25)

Voleybol Mərkəzi

I dövrə: “Azərreyl” - “Lokomotiv” - 1:3 (22:25; 21:25; 25:22; 22:25)

II dövrə: “Lokomotiv” - “Azərreyl” - 3:0 (25:19, 25:16, 25:16)

Xəbərlər Paylaş