Lokomotivin liderlik şansı

🕔2015-02-06 02:31:02

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XIII turun oyunlarına start verilir. Bu tur çərçivəsində "dəmiryolçular" Eldar Yusubovun yetirmələriylə üz-üzə gələcək. Birinci dövrədə 3-1, ikinci dövrədə isə 3-0 hesabı ilə "Telekom"u üstələyən Teunis Buijisin yetirmələrinin bu gorüşdə də qalib gəlməsi gözləniləndi.

Komandamız "Telekom" üzərində qələbə çalacağı təqdirdə turnir cədvəlinin zirvəsinə yüksələcək. Xatırladaq ki, bu tur "Rabitə" istirahət edəcək.

Saat 18:00-da Voleybol Mərkəzində baş tutacaq oyun İdman Azərbaycan televiziyası vasitəsi ilə canlı yayımlanacaq.

7 fevral

XIII tur

18:00. “Lokomotiv” - “Telekom”

Voleybol Mərkəzi

I dövrə: “Lokomotiv” - “Telekom” - 3:1 (25:20; 21:25; 25:18; 25:19)

II dövrə: “Telekom” - “Lokomotiv” - 0:3 (19:25, 15:25, 22:25)

Xəbərlər Paylaş