Lokomotiv liderliyə yüksəldi

🕔2015-02-07 14:30:46

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XIII turun son oyunu keçirilib. Tur çərçivəsində "Lokomotiv" "Telekom"la qarşılaşıb. Eldar Yusubovun yetirmələri ilk dövrələrdə olduğu kimi bu dəfədə "dəmiryolçular" qarşısında aciz qalıb. Oyun Teunis Buijisin yetirmələrinin 3:0-lıq qalibiyyəti ilə başa catıb.

İlk setin əvvəlində zəif təsir bağışlayan komandamız ilk texniki fasiləyə 5-8 hesabı ilə geridə olsada setin sonunda sevinən tərəf oldu. (25-13)

İkinci setdə isə Azərbaycan Çempionatları tarixinin rekord hesabı qeydə alınıb. Belə ki, "dəmiryolçulara" qarşı əzmkar oyun nümayiş etdirən "rabitəçilər" seti sonda başıaşağı tərk ediblər. (36-34)

Üçüncü setdə də ssenari dəyişmədi.Belə ki, setin əvvəlindən qarşısıalınmaz olan komandamız Eldar Yusubovun götürdüyü taym-autlara və əvəzetmələrə baxmayaraq yenə sonda sevinən tərəf oldu. (25-15)

Bu qələbə sayəsində "Lokomotiv" yenidən turnir cədvəlinin zirvəsində qərar tutub.

7 fevral

XIII tur 

“Lokomotiv” - “Telekom”  3 -0 (25:13 , 36:34 , 25:15)

Voleybol Mərkəzi

I dövrə: “Lokomotiv” - “Telekom” - 3:1 (25:20; 21:25; 25:18; 25:19)

II dövrə: “Telekom” - “Lokomotiv” - 0:3 (19:25, 15:25, 22:25)

Xəbərlər Paylaş