Prinsipial görüş

🕔2015-03-01 02:35:45

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasının XI turundan təxirə salınan “Azəryol” – “Lokomotiv” qarşılaşması keçiriləcək. 2 dəfə baş tutmayan görüşdə qələbə qazanan tərəf turnir cədvəlində öz mövqeyini möhkəmlətmiş olacaq.

 

Voleybol Mərkəzində təşkil ediləcək matçın start fiti saat 18:00-da veriləcək.

 

Qeyd edək ki, bu qarşılaşma ilə Super Liqanın III dövrəsinə yekun da vurulacaq.

Xəbərlər Paylaş