Möhtəşəm qələbə

🕔2015-03-02 21:00:05

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XI turun təxirə salınan oyunu keçirilib. Voleybol Mərkəzində təşkil olunan III dövrənin son qarşılaşmasında “Azəryol” “Lokomotiv”i qəbul edib.

Gərgin keçən matç “dəmiryolçular”ın qələbəsi ilə başa çatıb.

İlk setdə oyunu alınmayan Teunis Buijisin yetirmələri seti məğlub başa vurublar.(14-25)

İkinci setdə Aneta və Arrigettini oyundan alan hollandaiyalı mütəxəssis bu əvəzləmələrlə oyunda donüş yarada bildi və seti qalib başa vurdular. (25-14)

Üçüncü setdə daha da inamlı oyun nümayiş etdirən "dəmiryolçular" Aleksandra Çrniçeviçin hücumda məhsuldar oyunu sayəsində sevinən tərəf oldular.(25-19)

Dördüncü setdə də sensasiya baş vermədi. Belə ki, uğurlu oyunu davam etdirən komandamız setin və oyunun yekun hesabını müəyyən etdi. (25-22)

Bu qələbədən sonra turnir cədvəlində ikinci pilləyə yüksələn "Lokomotiv", "Rabitə" ilə xal fərqinidə azaltmış oldu.

2 mart

XI turdan təxirə salınan oyun

“Azəryol” – “Lokomotiv” - 1:3 (25:14, 14:25, 19:25, 22:25)

Voleybol Mərkəzi

 

İlk dövrə: “Azəryol” – “Lokomotiv” - 2:3 (26:24, 22:25, 25:22, 26:28, 11:15)

İkinci dövrə: “Lokomotiv” – “Azəryol” - 2:3 (23:25; 25:22; 25:13; 19:25; 7:15)

Xəbərlər Paylaş