Gözlənilməz məğlubiyyət

🕔2015-03-11 20:20:59

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XVI turun oyunu keçirilib.Günün yeganə qarşılaşması Voleybol Mərkəzində baş tutub.

 

Belə ki, liderin ən yaxın izləyiciləri “Lokomotiv” və “Azəryol” üz-üzə gəlib.Oyun gözlənilmədən "Lokomotiv"in 0-3 hesablı məğlubiyyətiylə sonuclanıb.

 

Bu məğlubiyyətdən sonra "dəmiryolçular" turnir cədvəlində üçüncü pilləyə enib.

 

11 mart

XVI tur

“Lokomotiv” – “Azəryol” - 0:3 (22:25, 12:25, 19:25)

Voleybol Mərkəzi

Xəbərlər Paylaş