Yeni məşqçi ilə ilk qələbə

🕔2015-03-16 19:00:35

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XVll turun oyunu keçirilib. Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada  “Lokomotiv” "Azərreyl"i qəbul edib.

Gərgin keçən matç “Lokomotiv”ın qələbəsi ilə başa çatıb.

İlk setdə oyunu alınmayan yeni baş məşqçi Sezar Hernandesin yetirmələri seti məğlub başa vurublar.(20-25)

İkinci setdə toparlanan "dəmiryolçular" seti qalib başa vurdular. (26-24)

Üçüncü setdə daha da inamlı oyun nümayiş etdirən "dəmiryolçular" Aleksandra Çrniçeviçin hücumda məhsuldar oyunu sayəsində sevinən tərəf oldular.(25-10)

Dördüncü setdə də sensasiya baş vermədi. Belə ki, uğurlu oyunu davam etdirən komandamız setin və oyunun yekun hesabını müəyyən etdi. (25-22)

Qeyd edək ki, İspaniyalı mütəxəssis Sezar Hernandesin "Lokomotiv"in sükanı arxasında ilk oyunu və ilk qələbəsidi.

XVII tur

“Lokomotiv” – “Azərreyl” - 3:1 (20:25; 26:24; 25:10; 25:22)

Voleybol Mərkəzi

 

İlk dövrə: “Azərreyl” – “Lokomotiv” - 1:3 (22:25; 21:25; 25:22; 22:25)

İkinci dövrə: “Lokomotiv” – “Azərreyl” - 3:0 (25:19, 25:16, 25:16)

Üçüncü dövrə: “Azərreyl” - “Lokomotiv” - 0:3 (8:25; 17:25; 20:25)

Xəbərlər Paylaş