Finala doğru ilk addım

🕔2015-04-04 21:15:13

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında pley-off mərhələsinə start verilib. Əsas mərhələdə ilk 4 pillədə qərarlaşan komandalar münasibətlərinə aydınlıq gətiriblər.

"Lokomotiv" ilk pley-off oyununda "Azəryol"un qonağı olub. Görüş "dəmiryolçuların" möhtəşəm qələbəsiyla başa çatıb - 3:1.

İlk setə uğurlu başlayan komandamız setin əvvəlindən sonuna qədər hesabda üstün olaraq seti öz xeyirlərinə başa vurublar.(25-17)

İkinci setdə isə ikinci taym-auta 9 xal üstün daxil olan "Azəryol" Bülənt Karslıoglunun yetirmələri qarşısında sona qədər davam gətirə bilmədilər. Ard arda qazanılan xallar sayəsində setin sonunda sevinən tərəf yenə "Lokomotiv" oldu. (25-22)

Üçüncü set isə "Azəryolun" qələbəsiylə başa çatdı. (14-25)

Dördüncü set isə "Lokomotiv"in benefisi oldu. Rəqibə göz açmağa imkan verməyən komandamız setin və oyunun taleyini öz xeyirlərinə başa vurdular. (25-15)

Qeyd edək ki, pley-offda 2 qələbə qazanan komanda finala yüksələcək. Əgər hər klub 1 dəfə qalib gələrsə, əlavə görüş təşkil olunacaq.

Pley-off mərhələsi

4 aprel

 

“Azəryol” – “Lokomotiv” - 1:3 ( 17:25, 22:25, 25:14,15:25 

Voleybol Mərkəzi

 

Əsas mərhələdəki oyunları

İlk dövrə: “Azəryol” – “Lokomotiv” - 2:3 (26:24, 22:25, 25:22, 26:28, 11:15)

İkinci dövrə: “Lokomotiv” – “Azəryol” - 2:3 (23:25; 25:22; 25:13; 19:25; 7:15)

Üçüncü dövrə: “Azəryol” – “Lokomotiv” - 1:3 (25:14, 14:25, 19:25, 22:25)

Dördüncü dövrə: “Lokomotiv” – “Azəryol” - 0:3 (22:25, 12:25, 19:25)

Xəbərlər Paylaş