Finalın bir addımlığında

🕔2015-04-06 12:29:54

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının pley-off mərhələsinin ikinci görüşləri keçiriləcək. Voleybol Mərkəzində baş tutacaq 2 oyundan sonra finalçıların adlarına aydınlıq gələ bilər.

 

Bunun üçün ilk qarşılaşmada qalib gələn “ “Lokomotiv” növbəti qələbəsini qazanmalıdı.

 

“Lokomotiv” – “Azəryol” duelində ilk görüşdə möhtəşəm oyun sərgiləyən "dəmiryolçular" bu görüşündə favoriti sayılır. İkinci qələbəsinidə qazanaraq adını finala yazdırmaq istəyən Bülənt Karslıoğlunun yetirmələri yəqin ki, sensasiyaya imkan verməyəcək.

 

Qeyd edək ki, pley-offda 2 qələbə qazanan komanda finala yüksələcək. Əgər hər klub 1 dəfə qalib gələrsə, aprelin 8-də əlavə görüş təşkil olunacaq.

 

6 aprel

Pley-off mərhələsi, ikinci oyunlar

 

16:00. “Lokomotiv” – “Azəryol”

Voleybol Mərkəzi

 

İlk oyun: “Azəryol” – “Lokomotiv” – 1:3 ( 17:25, 22:25, 25:14, 15:25 )

Xəbərlər Paylaş