Lokomotiv finalda!!!

🕔2015-04-08 21:00:10

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının pley-off mərhələsində yarımfinala yekun vurulub. Voleybol Mərkəzində baş tutan yeganə matçda “Azəryol”la “Lokomotiv” üz-üzə gəlib.Oyun "dəmiryolçuların" inamlı qələbəsiylə başa çatıb. 3-1

 

İlk iki qarşılaşmada komandalar hərəyə 1 qələbə qazandığından, seriyanın son oyunu finalçının adına aydınlıq gətirəcəkdi.

İlk setə inamlı başlayan Bülənt Karslıoğlunun yetirmələri setin əvvəlindən sonuna qədər hesabda üstün olaraq seti öz xeyirlərinə başa vurdular.(25-17)

İkinci setdə arxayınlaşan komandamız seti məğlub tərk etdilər.(18-25)

Üçüncü setdə isə Valentina Arrigetinin hücumda və blokda inamlı oyunu sayəsində sevinən tərəf oldular.(25-12)

Dördüncü setdə isə "Lokomotiv" öz möhtəşəm oyunu ilə çempionluğu qarşılarına məqsəd qoyduğunu bir daha sübut etmiş oldu. Belə ki, setin əvvəlindən sonuna kimi rəqibə göz açmağa imkan verməyən "dəmiryolçular" setin sonunda setin və oyunun taleyini öz xeyirlərinə həll edərək adlarını finala yazdırmış oldu.

Bu qələbə sayəsində türkiyəli mütəxəssis Bülənt Karslıoğlu keçən il "İqtisadçı"nın sükanı arxasında yarımfinalda məğlub olduğu "Azəryol"dan qisas almış oldu.

 

“Lokomotiv” finalda son illərin dəyişməz çempionu “Rabitə” ilə üz-üzə gələcək.

 

8 aprel

Pley-off mərhələsi, üçüncü oyun

“Azəryol” - “Lokomotiv” 1:3 (17:25, 25:18, 12:25, 16:25)

Voleybol Mərkəzi

İlk oyun: “Azəryol” – “Lokomotiv” – 1:3 ( 17:25, 22:25, 25:14, 15:25 )

İkinci oyun: “Lokomotiv” - “Azəryol” - 0:3 (16:25; 20:25; 20:25)

Xəbərlər Paylaş