Lokomotivin çempionluq savaşı

🕔2015-04-09 03:34:11

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasının finalının ilk oyununa start veriləcək. "Lokomotiv" klubu son illərin dəyişməz çempionu - "Rabitə" ilə ilk final matçına çıxacaq.
Finala gedən yolda "Azəryol"u mübarizədən kənarlaşdıran "dəmiryolçular" finalda da "Rabitə"yə qalib gələrək çempionluqlarını rəsmiləşdirmək istəyindədir.  
Super Liqa tarixində 2 gümüş və 1 bürünc medal qazanan “Lokomotiv” həlledici dueldə “Rabitə”yə qalib gəlsə, yarışın dəyişməz çempionunun hegemonluğuna son qoyacaq, məğlub olarsa, 3-cü “gümüş”ünü əldə edəcək.
Xatırladaq ki, bu görüşün nəticəsindən asılı olmayara "Lokomotiv" 2015-2016 sezonunda ölkəmizi qitənin ən mötəbər turniri olan Çempionlar Liqasında təmsil edəcək.
Qeyd edək ki, oyun saat 18:00-da Voleybol Mərkəzində start götürəcək və İdman Azərbaycan kanalı vasitəsiylə canlı yayımlanacaq.
 

10 aprel

Final, ilk oyun

18-00. “Rabitə” – “Lokomotiv”

Voleybol Mərkəzi

Xəbərlər Paylaş