Lokomotiv məğlub oldu

🕔2015-04-10 16:39:39

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında final mərhələsinin oyunlarına start verilib. 2 qələbəyədək davam edəcək final matçında "Lokomotiv" "Rabitə" ilə qarşılaşıb. Görüş "Rabitə"nin 3:1-lik qələbəsiylə başa çatıb.

İlk setdə finala layiq oyun nümayiş etdirən hər iki komanda setin sonuna kimi başabaş mübarizə aparsa da, sonda sevinən tərəf "dəmiryolçular" olub.

Növbəti setlərdə isə Bülənt Karslıoğlunun yetirmələri zəif çıxış edərək oyundan məğlub ayrılıblar.

Beləliklə, komandalar arasında ikinci oyun aprelin 12-də olacaq. Bu matçda “Rabitə” yenə qalib gələrsə, çempion adına aydınlıq gələcək. Əgər "Rabitə" uduzarsa, aprelin 15-də üçüncü oyun keçiriləcək.

Final, ilk oyun

“Rabitə” - “Lokomotiv” - 3:1 (25:27; 25:21; 25:21; 25:19)

Voleybol Mərkəzi

Xəbərlər Paylaş