Davam ya tamam

🕔2015-04-11 05:42:43

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasının finalının ikinci oyunu baş tutacaq. "Lokomotiv" klubu son illərin dəyişməz çempionu - "Rabitə" ilə ikinci final matçına çıxacaq.

İlk oyunda 1-3 hesabı ilə məğlub olan "dəmiryolçular" bu məğlubiyyətin əvəzini çıxmaq üçün meydana çıxacaqlar.

Əgər bu göruşdə Bülənt Karslıoğlunun yetirmələri qalib gələrsə çempionun adına aydınlıq gətirmək üçün daha bir oyun keçiriləcək. Yox əgər "dəmiryolçular" məğlub olarsa 2014-2015 sezonunun gümüş medallarını qazanmış olacaq.

Xatırladaq ki, bu görüşün nəticəsindən asılı olmayara "Lokomotiv" 2015-2016 sezonunda ölkəmizi qitənin ən mötəbər turniri olan Çempionlar Liqasında təmsil edəcək.
Qeyd edək ki, oyun saat 17:00-da Voleybol Mərkəzində start götürəcək və İdman Azərbaycan kanalı vasitəsiylə canlı yayımlanacaq.

12 aprel

Final, ikinci oyun

17:00. “Lokomotiv” - “Rabitə”

Voleybol Mərkəzi

İlk oyun: “Rabitə” – “Lokomotiv” – 3:1 ( 25:27, 25:21, 25:21, 25:19 )

Xəbərlər Paylaş