Lokomotiv gümüş medallara yiyələndi

🕔2015-04-12 15:46:29

Bu gün voleybol üzrə qadınlar arasında Super Liqada 2014/15 mövsümünə yekun vurulub. Final mərhələsinin keçirilən oyunları mövsümdə sonuncu olub.

 

Buna həm bürünc, həm də qızıl uğrunda mübarizə aparan cütlərdə eyni komandanın ikinci dəfə qalib gəlməsi səbəb olub. Nəticədə 3-cü qarşılaşmalara ehtiyac qalmayıb.

 

Çempionun taleyinə  “Rabitə” ilə “Lokomotiv” arasında oyunda aydınlıq gəlib. İlk matçda olduğu kimi 3:1 hesabı ilə qalib gələn “Rabitə” ardıcıl 8-ci dəfə Azərbaycan çempionu adını qazanıb. "Lokomotiv" isə 2 illik aradan sonra Superliqanın gümüş medallarına sahib olub.

Xatırladaq ki, Superliqanın ikincisi olan "Lokomotiv" 2015-2016 sezonunda ölkəmizi qitənin ən mötəbər turniri olan Çempionlar Liqasında təmsil edəcək.

Qeyd edək ki, sezonun əvvəlindən öz möhtəşəm dəstəyi ilə həmişə komandanın yanında olan "Loko" fan-klubu oyundan sonrada komandanı yalnız buraxmadı. Komanda üzvlərini yalnız buraxmayan fan-klub sonda sevinc göstəriləri və atəşfəşanlıqla bir daha öz boyukluklərini və hər nə olursa olsun komandadan öz dəstəklərini əsirgəməyəcəklərini sübut etmiş oldu.

 

 

12 aprel

Final, 2-ci oyun

17:00. “Rabitə” – “Lokomotiv” – 3:1 (22:25, 25:20, 25:16, 25:13)

Voleybol Mərkəzi

I dövrə: “Lokomotiv” – “Rabitə” - 3:2 (25:22; 18:25; 25:23, 21:25, 15:13)

II dövrə: “Rabitə” – “Lokomotiv” - 3:1 (19:25; 25:18; 25:19; 25:20)

III dövrə: “Lokomotiv” – “Rabitə” - 0:3 (25:27; 16:25; 17:25)

IV dövrə: “Rabitə” – “Lokomotiv” - 3:1 (22:25, 25:19, 25:23, 26:24)

Final, ilk oyun: “Rabitə” - “Lokomotiv” - 3:1 (25:27; 25:21; 25:21; 25:19)

Xəbərlər Paylaş