Lokomotiv rəsmən ÇL-da

🕔2015-05-21 06:00:15

Dünən voleybol klublarının avrokuboklarda iştirak üçün müraciətlərinin qəbulunun son günü idi. Avropa Voleybol Konfederasiyası qadınlar arasında qitə miqyaslı klub turnirlərində çıxış etmək istəyən komandalara istəklərini bildirmək üçün dünənə kimi vaxt vermişdi.

 

"Lokomotiv" ölkəmizi yeni mövsümdə qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında təmsil edəcək. Artıq turnirdə iştirak üçün vacib olan iştirak ərizəsini rəsmən Avropa Voleybol Konfedrasiyasına gondərib.  2015/2016 mövsümündə komandamızla yanaşı "Rabitə" klubuda ÇL-də mübarizə aparacaq.

Xatırladaq ki, ÇL-nin püşkatması iyul ayının əvvəllərində keçiriləcək və komandamızın qrup mərhələsində hansı rəqiblərlə mübarizə aparcağına aydınlıq gəlmiş olacaq.

Xəbərlər Paylaş