Türkiyəli ulduz Lokomotivdə

🕔2015-06-08 08:23:21

Yeni sezon üçün transfer çalışmalarını sürdürən "Lokomotiv" klubu növbəti transferi reallaşdırıb. Klubun mətbuat xidmətinin məlumatına görə, yeni transfer Türkiyə millisinin ulduz oyunçusu - Özgə Kırdar Çəmbərcidi.

30 yaşlı toppaylayıcı karyerası boyunca Türkiyə nəhənglərindən olan "Vakıfbank" , "Fenerbahçe" və "Eczaçıbaşı" klublarının şərəfini qoruyub. 182 sm boya malik ulduz oyunçu 2009-cu ildən Türkiyə millisinin heyətində mütəmadi olaraq cixiş edir. Millinin heyətində 2011-ci ildə Avropa Çempionatının bürünc, 2013-cü ildə Ağdəniz Oyunlarının gümüş medallarina yiyələnən Özgə Türkiyə tarixində ilk dəfə London-2012 Olimpiya oyunlarında iştirak edən komandanın tərkibində uğurlu çıxış edərək adından söz etdirməyi bacarıb.

Klub karyerası boyunca müxtəlif illərdə Türkiyə çempionluğu qazanmış ulduz oyunçu 2010-2011 sezonunda "Vakıfbank"ın heyətində Çempionlar Liqasının qalibi olmuş və turnirin ən yaxşı toppaylayıcısı seçilmişdi.

Xatirladaq ki, Özgə Türkiyəli digər ulduz oyunçu Gözdə Sonısırmanın əkiz bacısıdır.

Xəbərlər Paylaş