Çrnçeviç Lokomotivdə qaldı

🕔2015-06-08 09:32:28

2015-2016 sezonunda ölkəmizi qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında təmsil edəcək "Lokomotiv" klubu yeni sezon üçün transfer hazırlıqlarını sürdürməkdə davam edir.

Artiq ilk müqaviləyə imza atılıb. Belə ki, keçən sezon komandamızın heyətində gümüş medallara yiyələnən və "Lokomotiv"dəki uğurlu oyunu sayəsində Serbiya millisinin heyətinə dəvət alan Aleksandra Çrnıçeviç ilə daha 1 illik müqaviləyə imza atılıb.

Keçən sezon komandamızda uğurlu çıxışı sayəsində fan-klubun və ölkə voleybolsevərlərin rəğbətini qazanan Serbiyalı oyunçu yeni sezonda da möhtəşəm  oyunu sayəsində komandamızı daha da irəli aparacağın heç bir şübhə yoxdur.

Xəbərlər Paylaş