Lokomotivin ÇL-da rəqibləri məlum oldu

🕔2015-07-02 17:40:49

Avropa Voleybol Federasiyası (CEV) Çempionlar Liqasında mübarizə aparacaq "Lokomotiv"in qrup mərhələsindəki rəqiblərinin kimliyinə aydınlıq gəlib. Bu gün Avstryanın paytaxtı Vyanada keçirilən püşkatmada "dəmiryolşuların" qrupda qarçılaçacağı rəqiblər bəlli olub.

2015-2016 mövsümündə qitənin ən ali turnirində "A" qrupunda mübarizə aparacaq "Lokomotiv" Almaniya Bundesliqasının gümüş mükafatçısı "MTV - Stuttgart" , Rusiya nəhəngi "Dinamo" Kazan və nəhayət komandanın əzəli rəqibi olan və bu ildən yeni adla mübarizə aparacaq, son movsüm olkə çempionatının bürünc mükafatçısı - "Azərreyl" komandaları ilə mübarizə aparacaq.

Xatırladaq ki, 2015-2016 CEV Çempionlar Liqasının oyunlarına oktyabr ayının 27-də start veriləcək.

Uğurlar "Lokomotiv"!!!

Xəbərlər Paylaş