Təqvimdə dəyişiklik

🕔2015-10-15 04:46:08

Avropa Voleybol Fedarasiyası (CEV) qadın voleybolçular arasında Çempionlar Liqasının 2015/2016 mövsümünün təqvimində "Lokomotiv" voleybol klubunun yer aldığı "A" qrupunun oyunlarının keçirilməsində dəyişikliklər edib.  CEV-dən komandnın mətbuat xidmətinə daxil olan faksda dəyişikliklər barədə və oyunların keçirilməsi barədə rəsmi məlumat yer alıb.

 

Belə ki, ilk turda “Azərreyl”lə qarşılaşmalı olan komandamız ilk turda Rusiya çempionu - "Dinamo" Kazanın qonağı olacaq. Kazanda baş tutacaq ilk oyun oktyabr ayının 27-29 aralığında baş tutacaq.

 

İkinci turun oyununda isə "dəmiryolçular" 10-12 noyabr tarixində nominal ev sahibi olaraq ölkə voleybolunun flaqmanı - "Azərreyl"i qəbul edəcək.

İlk dövrənin son turunda isə Almaniya vitse-çempionu "Ştutqart"la doğma divarlar arasında qarşılaşacaq komandamız qrup mərhələsini lider kimi tamamlamaq üçün əlindən gələni etmək əzmindədir.

 

Qrup mərhələsinin matçlarının başlama günü və saatı bu günlərdə dəqiqləşəcək.

 

Qrup mərhələsinin tam təqvimi

 

27-29 oktyabr

A qrupu

“Dinamo” (Rusiya,Kazan) – “Lokomotiv” (Azərbaycan)

 

10-12 noyabr

A qrupu

"Lokomotiv” (Azərbaycan) – “Azərreyl” (Azərbaycan)

 

24-26 noyabr

A qrupu

"Lokomotiv” (Azərbaycan) – “Ştutqart” (Almaniya)

 

8-10 dekabr

A qrupu

“Ştutqart” (Almaniya) - “Lokomotiv” (Azərbaycan)

 

19-21 yanvar

A qrupu

“Azərreyl” (Azərbaycan) - “Lokomotiv” (Azərbaycan)

 

27 yanvar

A qrupu

“Lokomotiv” (Azərbaycan) - “Dinamo” (Rusiya,Kazan)

Xəbərlər Paylaş