Lokomotiv İtalyan mütəxəssisə tapşırıldı

🕔2015-10-10 04:38:01

“Lokomotivi”i yeni mövsümdə çalışdıracaq baş məşqçinin adına aydınlıq gəlib. Komandanın mətbuat xidmətinin məlumatına görə, Bakı təmsilçisi 2015/2016 mövsümündə Çempionlar Liqasında və Super Liqada italyan Fransua Salvagininin rəhbərliyi altında oynayacaq. Komanda rəhbərliyi artıq İtalayan məşqiçiylə müqaviləyə imza atıb.
 Karyerası boyunca İtaliya klublarını - "Santeramo Sport" (2006-2007) , "Castelfidardo" (2007-2008) , "Tiboni Urbino" (2009-2012) , "Chieri Torino" (2012-2014) və Əlcəzair millisini (2014-2015) çalışdıran təcrübəli mütəxəssisin Çempionlar Liqasında "dəmiryolçuları" uğura daşıyacağına şübhə yoxdur. 
 Xatırladaq ki, son mövsümə hollandiyalı məşqçi Teunis Buijislə start verən "dəmiryolçular" Superliqanın son turlarında Bülənt Karslıoğlunun rəhbərliyi altında gümüş medallara yiyələnmişdilər.

Xəbərlər Paylaş