Kanani rəsmən Lokomotivdə!

🕔2015-10-11 04:38:07

Yeni sezonda ölkəmizi Çempionlar Liqasında təmsil edən "Lokomotiv" transfer çalışmalarını sürdürməkdədir. Komandanın mətbuat xidmətinin məlumatına görə, yeni transfer olunan oyunçu amerikalı Kanani Danielsondur. 25 yaşlı perespektivli hücumçu peşekar kareyerasına  ABŞ-ın Havai Universitetinin (2008-2012) komandasında başlayıb. 2012-ci ildə Yaponiyanın "Toyota" klubuna transfer olan 180 sm boya malik hücumçu 3 il boyunca komandasının vazkeçilməz oyunçusuna cevrilib.

 Karyerasında ən uğurlu sezonu 2013-2014-cü ildə olub. Belə ki, 2014-cü ildə komandasıyla "Kurovashiki Cup" turnirini qazanan amerikalı oyunçu həmən turnirin MVP-si tituluna da yiyələnib.

 

Qeyd edək ki, “Lokomotiv”in bununla da yeni müqavilə bağladığı oyunçuların sayı 7-ə çatıb. Komanda Kananinə qədər Oksana Kiselyova (Azərbaycan), Ayşən Abduləzimova (Azərbaycan), Ülkər Kərimova (Azərbaycan), Aleksandra Çrnıçeviç (Serbiya), Aneta Havliçkova (Çexiya) və Özgə Kirdar Çəmbərcini (Türkiyə) da rənglərinə bağlayıb.

Xəbərlər Paylaş