Xorvat oyunçu Lokomotivdə

🕔2015-10-12 04:38:12

Azərbaycanı ÇL-da  təmsil edəcək “Lokomotiv” heyətini gücləndirməkdə davam edir. Komandanın mətbuat xidmətinin məlumatına görə, Bakı təmsilçisi bu dəfə xorvatiyalı Hana Çituranı rənglərinə bağlayıb.

 

27 yaşlı təcrübəli oyunçu ilə 1 illik müqavilə bağlanılıb. 192 sm boya malik Çitura Avropanın ən perespektivli oyunçularından sayılır.  

 

Hücumçu “Lokomotiv”ə gəlincə,Xorvatiyanın  “Mladost” Zaqreb (2002-2006), ABŞ-ın  “Kaliforniya Universiteti” (2006-2010), Almaniyanın  “USC Münster” (2010-2013),Yaponiyanın “NEC Red Rockets” (2013-2014) və Polşanın “İmpel Vroslav” (2014-2015) şərəfini qoruyub.

 

Qeyd edək ki, “Lokomotiv”  Çituradan öncə Oksana Kiselyova (Azərbaycan), Ayşən Abduləzimova (Azərbaycan), Ülkər Kərimova (Azərbaycan), Aleksandra Çrnıçeviç (Serbiya), Aneta Havliçkova (Çexiya), Kanani Danielson (ABŞ) və Özgə Kirdar Çəmbərci (Türkiyə) ilə müqavilə bağlayıb.

Xəbərlər Paylaş