Lokomotiv üçün slovakiyalı

🕔2015-10-13 04:38:18

“Lokomotiv” heyətini gücləndirməkdə davam edir. Komandanın mətbuat xidmətinin məlumatına görə, yeni mövsümdə iddialı olmağı planlaşdıran “dəmiryolçular” daha bir perspektivli voleybolçunun keçidini həll ediblər.

 

Belə ki, “Lokomotiv” yeni mövsümdə Super Liqada və Çempionlar Liqasında slovakiyalı Yaroslava Pencovanın da köməyindən istifadə edəcək. 190 sm boya malik 25 yaşlı blokçu Almaniyanın "Dresdner" klubundan transfer olunub. Onunla 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, “Lokomotiv”  Pencovadan öncə Oksana Kiselyova (Azərbaycan), Ayşən Abduləzimova (Azərbaycan), Ülkər Kərimova (Azərbaycan), Aleksandra Çrnıçeviç (Serbiya), Aneta Havliçkova (Çexiya), Kanani Danielson (ABŞ) Hana Çitura (Xorvatiya) və Özgə Kirdar Çəmbərci (Türkiyə) ilə müqavilə bağlayıb

Xəbərlər Paylaş