Azərbaycan çempionu Lokomotivdə

🕔2015-10-14 04:38:26

Yeni sezon üçün transfer çalışmalarını sürdürən "Lokomotiv" klubu növbəti transferini reallaşdırıb. Klubun mətbuat xidmətinin məlumatına görə, yeni transfer olkə voleybolsevərlərinə tanış sima olan, ölkə çempionu "Rabitə"nin toppaylayıcısı - Yana Əzimovadı.

21 yaşlı toppaylayıcı karyerası boyunca yalnız olkəmizin dəyişməz çempionu olan "Rabitə"nin şərəfini qoruyub. 174 sm boya malik, əslən ukraynalı olan oyunçu "Lokomotiv"in bu sezon ilk transferlərindən olan türkiyəli toppaylayıcı - Özgə Kırdar Çəmbərciylə əsas heyətdə çıxış etmək üçün mübarizə aparmalı olacaq.

Bununlada "dəmiryolçuların" bu sezon üçün etdiyi transferlərin sayı 10-a çatıb. Qeyd edək ki, “Lokomotiv”  Yanadan öncə Oksana Kiselyova (Azərbaycan), Ayşən Abduləzimova (Azərbaycan), Ülkər Kərimova (Azərbaycan), Aleksandra Çrnıçeviç (Serbiya), Yaroslava Pencova (Slovakiya), Aneta Havliçkova (Çexiya), Kanani Danielson (ABŞ) Hana Çitura (Xorvatiya) və Özgə Kirdar Çəmbərci (Türkiyə) ilə müqavilə bağlayıb

Xəbərlər Paylaş