Almaniya millisinin üzvü Lokomotivdə

🕔2015-10-15 04:38:33

“Lokomotiv” daha bir voleybolçunun keçidini həll edib. Komandanın mətbuat xidmətinin məlumatına görə, yeni mövsümdə Çempionlar Liqasında oynayacaq Bakı təmsilçisi Almaniya millisinin blokçusu Berit Kauffeldt ilə müqavilə imzalayıb.

 

Razılaşmaya əsasən 25 yaşlı oyunçu 2015/2016 mövsümündə “Lokomotiv"in uğurları üçün çalışacaq. 190 sm boya malik Kauffeldt Polşanın “İmpel Wroclaw” klubundan transfer olunub.

 

O, “Lokomotiv"ə gəlincə, “Şverner” (2007-2012, Almaniya), “Pallovolo” (2012-2013) və “Conegliano” (2013-2014, hər ikisi İtaliya)  komandalarının şərəfini qoruyub.

 

Millisinin heyətində 49 qarşılaşmaya çıxan blokçu komandanın əsas siması hesab edilir.

Qeyd edək ki, “Lokomotiv”  Beritdən öncə Oksana Kiselyova (Azərbaycan), Ayşən Abduləzimova (Azərbaycan), Ülkər Kərimova (Azərbaycan), Yana Əzimova (Azərbaycan), Aleksandra Çrnıçeviç (Serbiya), Yaroslava Pencova (Slovakiya), Aneta Havliçkova (Çexiya), Kanani Danielson (ABŞ) Hana Çitura (Xorvatiya) və Özgə Kirdar Çəmbərci (Türkiyə) ilə müqavilə bağlayıb

Xəbərlər Paylaş