Lokomotiv İtaliyada

🕔2015-11-15 04:38:43

Yeni sezonda ölkəmizi Çempionlar Liqasında təmsil edən "Lokomotiv" hazırlıq mərhələsinin ikinci hissəsini İtaliyanın Bolonya şəhərində sürdürür. Komandanın mətbuat xidmətinin məlumatına görə, komanda tam heyətlə İtaliya yollanıb.

8 gün sürəcək toplanışda komandamız İtaliyanın adlı-sanlı klublarından "Pyaçentsa", "Modena", "San Casciano" və "Bisonte Florense" klublarıyla yoldaşlıq görüşündə qüvvələrini sınayacaqlar.

Ayin 11-də vətənə dönəcək "dəmiryolçular" iki günlük istirahətdən sonra təlim-məşq toplanışının üçüncü mərhələsi üçün Türkiyənin paytaxtı İstanbula yola düşəcəklər. 

Xəbərlər Paylaş