İtaliyada ilk qələbə

🕔2015-11-17 04:39:02

İtaliyada təlim-məşq toplanışında olan “Lokomotiv” ikinci yoxlama matçını keçirib. Komandanın mətbuat xidmətinin məlumatına görə, növbəti rəqib "Savino Scandicci" klubu olub. Oyun "dəmiryolçuların" quru hesablı qələbəsiylə başa çatıb. 3-0 (25-23; 25-21: 25-22)

İnamlı oyun nümayiş etdirən Salvagininin yetirmələri hər üç setdə rəqibinə heç bir şans verməyib.

Komandanın heyətində ən çox xal qazanan oyunçu çexiyalı ulduz oyunçu Aneta Havliçkova (16 xal) olub. Digər oyunçular müvafiq olaraq, Hana Çitura 12, Kanani Danielson 9, Aleksandra Çrnıçeviç 7, Berit Kauffeldt 3 və Özge Çemberci 2 xal qazanıblar.

Xatırladaq ki, "Lokomotiv" növbəti oyununu oktyabrın 8-də keçirəcək. Rəqib isə İtaliyanın köklü klublarından olan "Modena"dır. Oyun Bakı vaxtı ilə, saat 21:00 - da başlayacaq.

 

Xəbərlər Paylaş