Modena məğlubiyyəti

🕔2015-10-07 04:39:10

İtaliya hazırlıqlaırını davam etdirən "Lokomotiv" klubu, hazırlıq çərçivəsində növbəti hazırlıq oyununu keçirib. Komandanın mətbuat xidmətinin məlumatına görə, növbəti rəqib İtaliyanın köklü klublarından olan - "Modena" olub. Oyun italyanların 3-1 (25-16 ; 25-23 ; 16-25 ; 25-18) hesablı qələbəsiylə başa çatıb.

Bolonya hazırlıqlarını davam etdirən komandamız növbəti oyununa sabah - oktyabrın 10-daçıxacaq. Rəqib isə adlı-sanlı "Pyaçentsa" klubudur. "Pyaçentsa" ilə oyundan sonra İtaliya toplanışını başa vuran komandamız oktyabrın 11-də vətənə dönəcək.

Xəbərlər Paylaş