Növbəti qələbə

🕔2015-12-15 04:39:21

Yeni sezon hazırlıqlarının ikinci mərhələsini İtaliyada sürdürən "Lokomotiv" sonuncu yoxlama görüşünə çıxıb. Komandanın mətbuat xidmətinin məlumatına görə, "Pyaçentsa" klubuyla görüşməli olan "dəmiryolçular" son anda rəqibin oyundan imtina etməsi səbəbiylə İtaliyanın digər klubu "Sudtirol Neruda Bolzano" klubuyla yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Görüş François Salvagininin yetirmələrinin 3-1 (25-20 ; 18-25 ; 25-17 ; 25-20) hesablı qələbəsiylə başa çatıb. Bununlada İtaliya hazırlıqlarını başa vuran komandamız artıq bugün vətənə geri dönür. Bir neçə gün komandanın Bakıdakı bazasında məşqlərini sürdürəcək komanda yaxın günlərdə növbəti təlim-məşq toplanışı üçün Türkiyənin paytaxtı İstanbula yola düşəcək.

Xəbərlər Paylaş