Lokomotiv Kazanda

🕔2015-11-20 04:39:48

Qadın voleybolçular arasında avrokubokda mübarizə aparacaq "Lokomotiv" klubu Bakını tərk edib. Komandanın mətbuat xidmətinin  məlumatına görə, Çempionlar Liqasında mübarizə aparan Salvagininin yetirmələri qrup mərhələsinin ilk matçı üçün Rusiyanın Kazan şəhərinə yola düşüb.

Artıq Tatarıstan paytaxtına çatan dəmiryolçular axşam saatlarında ilk məşqinə cıxacaq.

Ayın 28-də baş tutacaq görüşdə favorit "Dinamo" klubu göstərilsə də, yeni mövsüm uğurlu transfer siyasəti həyata keçirən "dəmiryolçular" hər zaman sürpriz etməyə malik komandadır. 

Xatırladaq ki, rəqib 2013-2014 sezonunda Çempionlar Liqasının Bakıda keçirilən dördlər finalında rəqib tanımayaraq turnirin qalibi olan "Dinamo" Kazan klubudur. Qrupun digər matçında isə "Azərreyl" Almaniya "Ştutqart"ını qəbul edəcək.

Xəbərlər Paylaş