Lokomotiv Dinamoya qarşı

🕔2015-11-21 04:39:57

Qadın voleybolçular arasında Çempionlar Liqasının 2015/2016 mövsümünə dünən start verilib. Komandanın mətbuat xidmətinin məlumatına görə, “Lokomotiv” qrup mərhələsinin I turu çərçivəsində ilk sınağına bu gün çıxacaq.

 

Komandamız Kazanda “Dinamo”nun qonağı olacaq. Bakı vaxtı ilə 20:00-da başlayacaq matçda şanslar bərabərdi. Hətta CEV-in rəsmi saytında "Lokomotiv"in daha şanslı olması barədə məqalə gedib. 

Fransua Salvagininin başçılıq etdiyi "dəmiryolçuların" heyətində zədəli oyunçu olmadağı halda, rəqibin heyətində komandanın "ürəyi" sayılan Yekaterina Qamova zədə səbəbindən oynaya bilməyəcək.

 

 

Qrup mərhələsi

I tur

28 oktyabr

A qrupu

20:00. “Dinamo” (Kazan, Rusiya) – “Lokomotiv” (Azərbaycan)

Hakimlər: Kari Partiaynen (Finlandiya), Georgios Papageorgiou (Kipr)

Kazan, Sankt-Peterburq Sarayı

Xəbərlər Paylaş