Lokomotiv Kazandan məğlub ayrıldl

🕔2015-11-22 04:40:07

Qadın voleybolçular arasında Çempionlar Liqasının 2015/2016 mövsümünə start verilib. Azərbaycan Super Liqasının gümüş medalçısı “Lokomotiv” qrup mərhələsinin I turu çərçivəsində ilk sınağına bu gün çıxıb.

 

Komandamız Kazanda “Dinamo”nun qonağı olub. Matçda ilk seti ev sahibləri qazanıb. İkinci setdə "Lokomotiv" qalib gəlsə də, növbəti setlərdə oyunu alınmayan komandamız Tatarıstan təmsilçisiylə görüşdın məğlub ayrılıb.

Xatırladaq ki, qrupun digər qarşılaşmasında "Azərreyl" Almaniya təmsilçisi "Ştutqart"ı 3-0 hesabı ilə məğlub edib.

 

 

Qrup mərhələsi

I tur

28 oktyabr

A qrupu

 

“Dinamo” (Kazan, Rusiya) – “Lokomotiv” (Azərbaycan) - 3:1 (25:21, 23:25, 25:22, 25:22)

Hakimlər: Kari Partiaynen (Finlandiya), Georgios Papageorgiou (Kipr)

Kazan, Sankt-Peterburq Sarayı

Xəbərlər Paylaş