Lokomotiv liderliyə yüksəldi

🕔2015-12-15 05:28:11

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında "Lokomotiv" növbəti oyununu keçirib. Komandanın mətbuat xidmətinin məlumatına görə, "dəmiryolçular" növbəti qələbəni ölkəmizin flaqmanı sayılan "Azərreyl" üzərində qazanıb.(3-0)

 

İlk setə uğurlu başlayan Salvagininin yetirmələri setin sonuna doğru "Azərreyl"i ümüdləndirsə də sonda sevinən tərəf oldu. (26-24)

İkinci set isə tamamilə üstün oyun sərgiləyən komandamız Bülənt Karslıoğlunun yetirmələrinə göz açmağa imkan vermədi. (25-16)

Üçüncü setin əvvələrində təşəbbüsü əldən verən "Lokomotiv" ilk texniki fasiləyə 5 top fərqiylə geridə yollandı. İtalyan mütəxəssisin tapşırıqları və komandanın kapitanı Aneta Havliçkovanın hücumda effektiv oyunu sayəsində sonda setin və oyunun taleyini öz xeyirinə başa vuran "dəmiryolçular" oldu. (25-23)

 

Xatırladaq ki, bu qələbə sonrasında "Lokomotiv" set fərqində "Telekom"u qabaqlayaraq liderliyə yüksəlmiş oldu.

  

 

20 noyabr

III tur

 

“Azərreyl” - “Lokomotiv” - 0:3 (24:26, 16:25, 23:25)

“Azərreyl” İdman Bazası

Xəbərlər Paylaş