Lokomotiv üçün türk hakim

🕔2015-12-15 05:28:06

Voleybol üzrə qadınlar arasında Çempionlar Liqasında iştirak edən "Lokomotiv"in növbəti oyununu idarə edəcək hakimlər bəlli olub. Komandanın mətbuat xidmətinin məlumatına görə, 25 noyabrda Bakıda baş tutacaq A qrupunun “Lokomotiv” – “Ştutqart” qarşılaşmasına türk və ukraynalı hakimlər təyinat alıb.

 

Belə ki, bu matçda ədaləti Nurper Özbar (Türkiyə) və Viktor Kozlovski (Ukrayna) qoruyacaq. Oyunun komissarı isə İsraildən olan Şafir Pinidir.

Xəbərlər Paylaş