Lokomotivin liderlik şansı

🕔2015-12-15 05:28:00

Sabah qadınlar arasında Azərbaycan Super Liqasının növbəti turu baş tutacaq. Komandanın mətbuat xidmətinin məlumatına görə, "Lokomotiv" Vl tur çərçivəsində "Telekom"la qarşılaşacaq.

İlk turda arxayınçılığın qurbanı olan Salvagininin yetirmələri bu dəfə qalib gələrək liderliyə yüksəlmək əzmindədir. Heyətində zədəli voleybolçu olmayan "dəmiryolçular" hazırlıqları komandanın Biləcəridə yerləşən bazasında davam etdirir.

Xatırladaq ki, hər iki komanda 9 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. İstənilən halda qalib gələn komanda digər oyunların nəticəsindən asılı olamayaraq vahid liderə çevrilmiş olacaq.

30 noyabr

VI tur

17:00. “Telekom” – “Lokomotiv”

"Gənclik” Olimpiya İdman Kompleksi

İlk dövrə: “Lokomotiv” – “Telekom” - 1:3 (22:25; 25:15; 21:25; 25:27)

Xəbərlər Paylaş