Lokomotiv məğlub oldu

🕔2015-12-15 05:27:54

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında Vl tur keçirilib. Bu turda "Lokomotiv" ilk dövrədə məğlub olduğu "Telekom"la üz-üzə gəlib. 

Görüş liderlərə layiq mübarizə şəraitində keçib. İlk setdə üstün oyun nümayiş etdirən "dəmiryolçular" seti öz xeyirlərinə başa vurublar. (25-20)

İkinci set də Fransua Salvagininin yetirmələrinin qələbəsiylə başa çatıb. (25-15)

Növbəti setlərdə arxayınçılığn qurbanı olan "Lokomotiv"  üçüncü və dördüncü setlərdə meydanı məğlub tərk edib.

Tay-brekdə 12-15 hesabı ilə məğlub olan komandamız ilk dövrədə olduğu kimi yenə məğlub oldu.

 

30 noyabr

VI tur

“Telekom” – “Lokomotiv” - 3:2 (20:25; 18:25, 25:21, 25:16, 15:12)

"Gənclik” Olimpiya İdman Kompleksi

İlk dövrə: “Lokomotiv” – “Telekom” - 1:3 (22:25; 25:15; 21:25; 25:27)

 

Xəbərlər Paylaş