Lokomotiv zirvədə

🕔2015-12-15 05:27:49

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha 1 oyun baş tutub. Günün yeganə qarşılaşmasında “Gənclik” “Lokomotiv”i qəbul edib.

 

Qarşılaşmanın taleyi 3 setdə həll olunub. İlk görüşdə “Tbilisi”yə qalib gəlib, ardınca 1 set belə qələbə qazana bilməyən Vüqar Əliyevin yetirmələri iddialı rəqibə də müqavimət göstərə bilməyib. Yalnız ikinci setdə müqavimət göstərən "gənclər" “Lokomotiv” qarşısında aciz qalıb. 

 

Bu qələbə sayəsində "dəmiryolçular" 13 xalla turnir cədvəlinin vahid liderinə çevrilib.

 

IX tur

1 dekabr

“Gənclik” – “Lokomotiv” - 0:3 (12:25, 23:25, 13:25)

Azərbaycan Voleybol Federasiyasının idman zalı

 

İlk dövrə: “Gənclik” - “Lokomotiv” - 0:3 (16:25; 10:25; 24:26)

Xəbərlər Paylaş