Lokomotiv Almaniyada

🕔2015-12-15 05:27:25

Avropa Voleybol Konfederasiyası Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Almaniya "Ştutqart"ı ilə qarşılaşmalı olan "Lokomotiv" artıq bu ölkəyə çatıb.Komandanın mətbuat xidmətinin məlumatına görə, bu gün səhər saatlarında ölkəmizi tərk edən "dəmiryolçular" artıq Ştutqart şəhərinə təşrif buyurub.

Bu gün axşam saatlarında ilk məşqinə cixacaq Fransua Salvagininin başçılıq etdiyi komandanın heyətində zədəli oyunçu yoxdur.

Bu arada komandamızın almanlarla oyununu idarə edəcək hakimlərində kimliyinə aydınlıq gəlib.

 

Belə ki, dekabrın 9-da keçiriləcək “Ştutqart” (Almaniya) – “Lokomotiv” (Azərbaycan) matçı portuqaliyalı Avelino Azevedo həvalə edilib. Ona köməklik etmək Daniele Rapisardaya (İtaliya) tapşırılıb.

Xəbərlər Paylaş