"Lokomotiv"in Almaniya sınağı

🕔2015-12-15 05:27:20

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti turun oyunları baş tutacaq. IV tur çərçivəsində "A" qrupunda Azərbaycanın “Lokomotiv” klubu Almaniya “Ştutqart”ının qonağı olacaq.

 

Bu oyunun favoriti "Lokomotiv" sayılır. Çünki Bakıda keçirilən oyunda üstün oyun sərgiləyən Salvagininin komandası, Superliqada keçirdiyi son oyundakı məğlubiyyətin təsadüf olduğunu sübut etmək üçün əlindən gələni əsirgəməyəcək.

 

Xatırladaq ki, komandaların ilk duelində “dəmiryolçular” 3:0 hesabı ilə qaib gəliblər.

 

9 dekabr

A qrupu

22:00. “Ştutqart” (Almaniya) – “Lokomotiv” (Azərbaycan)

Hakimlər: Avelino Azevedo (Portuqaliya), Daniele Rapisarda (İtaliya)

Ştutqart, ŞARRena Sarayı

Xəbərlər Paylaş