Növbəti məğlubiyyət

🕔2015-12-15 05:27:09

Qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti turun oyunları baş tutub. IV tur çərçivəsində Azərbaycanın “Lokomotiv” klubu Almaniya “Ştutqart”ının qonağı olub.

 

Fransua Salvagininin komandasının səfərdən qələbə ilə dönəcəyinə ümidlər olsa da, təmsilçimiz almanlar qarşısında müqavimət göstərməsinə baxmayaraq, məğlub olub. "Lokomotiv"in gücü ancaq bir seti qazanmağa çatıb.

 

Qeyd edək ki, komandaların ilk duelində “dəmiryolçular” 3:0 hesabı ilə qaib gəliblər.

 

9 dekabr

A qrupu

“Ştutqart” (Almaniya) – “Lokomotiv” (Azərbaycan) - 3:1 (25:23, 26:24, 16:25, 25:16)

Hakimlər: Avelino Azevedo (Portuqaliya), Daniele Rapisarda (İtaliya)

Ştutqart, ŞARRena Sarayı

Xəbərlər Paylaş