“Tbilisi” “Lokomotiv”lə üz-üzə gələcək.

🕔2015-12-15 05:26:12

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bu gün daha 1 oyun keçiriləcək. Birinci dövrənin təxirə salınan  günün yeganə görüşündə “Tbilisi” “Lokomotiv”lə üz-üzə gələcək.

 

Bu qarşılaşmanı keçirdikdən sonra yenidən vətəninə qayıdacaq gürcülər ən azı bir set qazanmağa çalışacaqlar. Lakin oyun “dəmiryolçular” üçün də vacib əhəmiyyətə malikdi. Çünki son görüşlərdə ardıcıl 3 görüşdə məğlub olan Fransua Salvaqninin yetirmələri qalib gələcəkləri halda, rəqiblərindən 1 qarşılaşma çox keçirməklə də olsa, liderliyə yüksələcəklər.

 

14 dekabr

V tur

 

16:00. “Tbilisi” - “Lokomotiv”

Biləcəri. "Lokomotiv" İdman Bazası

Xəbərlər Paylaş