Lokomotiv zirvədə

🕔2015-12-15 05:26:23

Lokomotiv zirvədə
 

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bu gün daha 1 oyun keçirilib. Günün yeganə görüşündə “Tbilisi” “Lokomotiv”lə üz-üzə gəlib. Matç "dəmiryolçuların" asan qələbəsiylə başa çatıb.

 

Oyuna ikinci heyətlə başlayan komandamız görüşün sonuna kimi üstün oyun nümayiş etdirərək boyuk fərqlə qalib gəlib.

 

İlk seti 14 top irəlidə bitirən komanda ikinci hissədə də qalib gəlmək üçün ciddi çətinlik çəkməyib. Üçüncü set isə sonuncu olub. Bu dəfə “Tbilisi”yə cəmi 8 top verən “Lokomotiv” qarşılaşmanı 3:0 hesabı ilə xeyrinə bitirib.

 

Bununla da, rəqiblərindən 1 oyun çox keçirən Fransua Salvaqninin yetirmələri vahid liderliyə yüksəliblər.

 

 

14 dekabr

V tur

“Tbilisi” - “Lokomotiv” - 3:0 (25:11; 25:16; 25:8)

Biləcri. "Lokomotiv" İdman Bazası

Xəbərlər Paylaş